Gürcüstan daxili işlər naziri bu ölkədə akkreditə olunan Azərbaycan jurnalistləri ilə görüşüb - FOTOSESSİYA

Gürcüstan daxili işlər naziri bu ölkədə akkreditə olunan Azərbaycan jurnalistləri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 18 dekabr 2012 18:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili Gürcüstanda akkreditə olunan Azərbaycan jurnalistlərini qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş DİN-nin təşəbbüsü ilə həyata keçirilib. Görüşdə Daxili İşlər Naziri İrakli Qaribaşvili nazirlikdə aparılan yeniliklər, ölkədə və ayrı-ayrı bölgələrdə, xüsusən Kvemo-Kartli bölgəsində baş verən son krimoğen vəziyyət barədə ətraflı məlumat verib. Nazir jurnalistlər qarşısında çıxış edərək qeyd edib ki, polis siyasətdən və təzyiqdən kənar fəaliyyət göstərir. “Biz hesab edirik ki, polis siyasətdən kənar olmalı və xalqa xidmət etməlidir. İndi polis sistemində yeni islahatlar və dəyişikliklər başlayıb. 2004-cü ildə başlanan islahatı sona çatdıracağıq. Bu, islahatın həyata keçirilməsi bütünlüklə Bidzina İvanişvili tərəfindən maliyyələşdirilib. Biz hesab edirik ki, indi ölkədə fəaliyyət göstərən patrul polisi gürcü polisinin simasıdır. Dünən polis sisteminə 240 nəfər yeni işçi qəbul edilib. Polis sisteminə əvvəllər qanunsuz yolla işdən azad edilənlər də bərpa olunub. Polisə həm də polis akademiyasını bitirən gənclər də qəbul edilib.”

Nazir ölkədəki krimogen vəziyyət barədə də jurnalistlərə ətraflı məlumat verib. O, qeyd edib ki, o, hələ nazir vəzifəsinə təyin olunmamışdan əvvəl, yəni oktyabrın 1-dən noyabrın 1-dək ölkədə krimogen vəziyyət qeyri qənaətbəxş idi. Polisdə keçmiş rəhbərlərin vasitəsilə canayətlər törədilirdi. “Polis bu prosesi noyabrın 20-dən sonra dayandırıb. Bütün rayonlarda polis rəisləri və onların müavinləri dəyişdirilib. İndi polisin şəxsi heyəti effektli işləyir. O bildirib ki, əvvəllər DİN rəhbərliyində neqativ hallardan istifadə edən cinayətkarlar ağır cinayətlər, oğurluq və xuliqanlıq edir, əhalini incidirdilər.”

Nazir jurnalistlərə məlumatında qeyd edib ki, indiyədək saxlanılan şəxslər siyasi motivlərə görə saxlanılmayıb. Biz qanun çərçivəsində işləyirik və işimizi şəffaf şəkildə həyata keçiririk. “Mənə çox ağır gəlir ki, biz indi də yüzlərlə, minlərlə ərizələr alırıq. Bu sənədlərdə vətəndaşların hüquqlarının pozulduğu qeyd olunur. Bu proses hələ dayanmayıb. Belə vəziyyətin yaranması keçmiş hakimiyyətin işinin nəticəsidir. Polislər işgəncə, təzyiq edir, sadə adamları döyür, insana yaraşmayan hərəkətlər edirdilər. Həqiqət yox idi. Bizdə materiallar və informasiya var ki, polisdə işləyənlər cinayət törədiblər. Ölkədə kiber cinayətin, maxinasiyanın artmasına belə adamlar səbəb olublar. Bu gün keçmiş hakimiyyət bütünlüklə saxlanılan şəxsləri siyasi motivlərə bağlayırlar. Onlar dünyaya göstərmək istəyirlər ki, guya siyasi motivli həbslər davam etdirilir.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR