Masallı rayon Polis Şöbəsinin həyətində bıçaqlanma hadisəsi baş verib

Masallı rayon Polis Şöbəsinin həyətində bıçaqlanma hadisəsi baş verib
# 10 dekabr 2012 14:37 (UTC +04:00)

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Rayon Polis Şöbəsinin (RPŞ) həyətində qeydə alınıb. Masallının Qodman kənd sakini, 1988-ci il təvəllüdlü Elçin Əlgüşad oğlu Kazımov şəxsi münaqişə zəminində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Mehriban Ağababa qızı Xudaverdiyevaya bıçaqla bədən xəsarəti yetirib. M.Xudaverdiyeva döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. E.Kazımov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR