Beynəlxalq İnsan Haqları gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq İnsan Haqları gününə həsr olunmuş tədbir keçirilib
# 10 dekabr 2012 14:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) 10 dekabr - Beynəlxalq İnsan Haqları gününə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Media Hüquqi İnstitutunun nümayəndələri, hüquq müdafiəçiləri, beynəlxalq ekspertlər iştirak ediblər. Azərbaycanda ifadə azadlığı məsələsi tədbirin əsas müzakirə obyekti olub.

RATİ sədri Emin Hüseynov çıxışında Azərbaycanda insan hüquqları ilə bağlı çərçivənin daraldığını və bu sahədə vəziyyətin pisləşdiyini bildirib.

Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı mətbuatda və çap sahəsində problemlərə toxunub.

MHİ eksperti Xalid Ağəliyev isə çıxışında mətbuatda ifadə azadlığı və Ombudsmanın fəaliyyətinə toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR