Sərnişin avtobusu minik maşını ilə toqquşub, bir neçə nəfər xəsarət alıb

Sərnişin avtobusu minik maşını ilə toqquşub, bir neçə nəfər xəsarət alıb
# 17 noyabr 2012 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan paytaxtında sərnişin avtobusu qəzaya düşüb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev prospektində “Mitsubishi” markalı sərnişin avtobusu ilə “Wolksvagen Passat” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində idarəetməni itirən avtobus “Şəfa” stadionu yaxınlığındakı işıq dirəyinə dəyib. Hadisə nəticəsində avtobusda olan bir neçə nəfər xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR