ANAMA İsveç şirkətindən yeni simulyator alıb

ANAMA İsveç şirkətindən yeni simulyator alıb
# 05 iyul 2012 10:42 (UTC +04:00)
Bakı. Yadigar Bayramlı – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yeni simulyator alıb. Bu barədə APA-ya ANAMA-nın təlim monitorinq qrupunun rəhbəri Azər Hüseynov məlumat verib.

D-Mine IED R1300 tipli simulyator ANAMA tərəfindən hazırda istifadə olunan analoji təlim vasitələrindən fərqli olaraq 3 funksiyada – silkələnmə, əyilmə və üstündən ağırlığın götürülməsi nəticəsində işləyir.

“Bu da təlimlərin daha müasir metodlarla keçirilməsi baxımından önəmlidir”, - deyə ANAMA nümayəndəsi vurğulayıb.

Simulyator İsveçin “Arne Nordstroms” şirkətindən alınıb. ANAMA D-Mine simulyatorların ilk müştərilərindəndir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR