Azərbaycan Prezidenti İlham Əliyev 9 May - Qələbə bayramı münasibətilə keçirilən mərasimdə iştirak edib
09 may 2012 07:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri prezident İlham Əliyevi hörmət və ehtiramla qarşılayıblar. Burada fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı müharibə veteranlarını səmimiyyətlə salamlayıb, onların hər birini Qələbə bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların problemləri, qayğıları ilə maraqlanıb. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmadıqlarını xatırladaraq, ulu öndərin siyasi xəttini uğurla davam etdirən prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər və onu hər bir işdə dəstəkləyəcəklərini vurğulayıblar.
Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşüb, Qələbə günü münasibətilə onları təbrik edib.
Mərasimdə baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Daxili siyasət
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı NK-da iclas keçirilib
14:17
24 may 2024
Zahid Oruc: Saxta boşanmalar kütləvi hal alıb, qarşısının alınması yolları tapılmalıdır
13:47
24 may 2024
Deputat: Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi
11:25
24 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
24 may 2024