Bank Of Baku

Bakı Fond Birjasında 565 600 manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 565 600 manatlıq DQİ emissiyası yerləşdirilib
# 12 avqust 2008 18:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10204920S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 565 600 manat təşkil edib. Sifariş 97,22% (gəlirlik 11,47%) – 97,21% (gəlirlik 11,51%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 97,21% (gəlirlik 11,51%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 565 600 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin noyabrın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR