Bank Of Baku

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 262 800 manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 262 800 manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib
# 12 avqust 2008 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10304720S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 262 800 manat təşkil edib. Sifariş 94,77% (gəlirlik 11,51%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 94,77% (gəlirlik 11,51%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 262 800 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 3-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR