Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 3,919 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 3,919 mln. dollarlıq əqd bağlanıb
# 18 avqust 2008 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8141 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8132 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 192 317 AZN, manatın orta məzənnəsi isə 0,8141 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,919 mln. dollar və ya 3 192 317 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 979 750 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,93%, ABŞ dolları üzrə isə illik 17,93% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. dollar olan üç əqd və 1,5 mln. dollarlıq iki əqd, müddətləri 20, 24, 30, 85, 90 gün və faiz dərəcələri 15,00%, 16,00%, 16,50%, 15,50%, 15,33% təşkil edən sövdələşmə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR