Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Maliyyə Nazirliyinin 2 340,2 min manatlıq DQİ emissiyası əlavə yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Maliyyə Nazirliyinin 2 340,2 min manatlıq DQİ emissiyası əlavə yerləşdirilib
# 19 avqust 2008 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10204920S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 340,2 min manat təşkil edib. Sifarişlər 97,43% (gəlirlik 11,46%) – 97,42% (gəlirlik 11,51%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 97,42% (gəlirlik 11,51%) səviyyəsində müəyyənləşdrilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 340,2 min manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin noyabr ayının 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR