Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 12 664,4 min manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 12 664,4 min manatlıq notları yerləşdirilib
# 20 avqust 2008 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103319S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 12 664 400 manat təşkil edib. Sifarişlər 99,08% (gəlirlik 11,94%) – 99,16% (gəlirlik 10,89%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,08% (gəlirlik 11,94%), orta ölçülmüş qiyməti isə 99,12% (gəlirlik 11,41%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 1 380 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 12 664 400 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin sentyabrın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR