Bank Of Baku

Ötən həftə dünya bazarında neft 5,6% ucuzlaşıb

Ötən həftə dünya bazarında neft 5,6% ucuzlaşıb
# 15 sentyabr 2008 08:58 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 31 sent yüksələrək 1 barelə görə 101,18 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, əqdlər üzrə orta qiymət 1 barelə görə 99,99-102,99 dollar diapazonunda dəyişib. ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 6 sent – 97,58 dollaradək ucuzlaşıb, əqdlər üzrə orta qiymət isə 1 barelə görə 96,33-99,44 dollar təşkil edib.
Qeyd edək ki, hərraca qasırğa nəticəsində Meksika körfəzində hasilatın azalması, həmçinin ABŞ dollarının ucuzlaşması təsir göstərib.
Ümumiyyətlə, ötən həftə dünya bazarında neft 5,6% ucuzlaşıb. Brent markalı neftin qiyməti 6,51 dollar və ya 6,3%, WTI neftinin - 5,05 dollar və ya 4,8% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR