Bank Of Baku

Ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% yüksəlib

Ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% yüksəlib
# 15 sentyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 12-də Amerika bazarlarında Dow Jones indeksi 0,1% - 11421,99 bəndədək enib, Nasdaq 0,14% - 2261,27 bəndədək, S&P 500 isə 0,21% - 1251,7 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, müflisləşən ABŞ-ın «Lehman Brothers» bankının səhmləri 14,9%, «Merril Lynch»in - 12,3%, «American International Group» sığorta şirkətinin - 30,8% ucuzlaşıb.
Ümumiyyətlə, ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% artıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,85% - 5416,7 bəndədək, Almaniya DAX-ı 0,91% - 6234,89 bəndədək, Fransa CAC-40-ı isə 1,97% - 4332,66 bəndədək yüksəlib. «Anglo American Plc.» hasilat şirkətinin qiymətli kağızları 8,4%, «Rio Tinto»nun 8%, «BHP Billiton»un 7,4% bahalaşıb. Britaniya «Barclays» bankının səhmləri 3,6%, İsveçrənin «Credit Suisse Group»un 3,2%, Fransanın «Societe Generale»in 1,8% artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4313 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR