Bank Of Baku

Dow Jones indeksi 4,42%, Nasdaq 3,6%, S&P 500 isə 4,71% enib

Dow Jones indeksi 4,42%, Nasdaq 3,6%, S&P 500 isə 4,71% enib
# 16 sentyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 15-də Amerika bazarlarında Dow Jones indeksi 4,42% - 10917,51 bəndədək, Nasdaq 3,6% - 2179,91 bəndədək, S&P 500 isə 4,71% - 1192,7 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, «Lehman Brothers»in səhmləri 94%, AIG sığorta şirkətinin səhmləri 61%, «JPMorgan Chase» və «Citigroup»un müvafiq olaraq 10,1% və 15,1%, «Washington Mutual» bankının 26,7%, «American Express»in 9%, «Bank of America»nın 21,3%, «General Electric»in 8% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 3,92% - 5204,2 bəndədək, Almaniya DAX-ı 2,74% - 6064,16 bəndədək, Fransa CAC-40-ı isə 3,78% - 4168,97 bəndədək düşüb. «Royal Bank of Scotland»ın qiymətli kağızları 13%, «Barclays»ın 13%, «BNP Paribas»ın 7,2%, «Deutsche Bank»ın 7,3%, «Total» neft şirkətinin 5% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4192 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR