Bank Of Baku

Dünya bazarında neftin qiyməti 91 dollara düşüb

Dünya bazarında neftin qiyməti 91 dollara düşüb
# 17 sentyabr 2008 08:17 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 4,56 dollar düşərək 1 barelə görə 91,15 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,02 dollar – 89,22 dollaradək ucuzlaşıb.
İranın neft naziri Qulamhüseyn Nəzəri bildirib ki, dekabrın 17-də Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) iclasında neft hasilatı həcmlərinin növbəti dəfə azaldılması məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, OPEC neftin ucuzlaşmasının qarşısını almaq niyyətindədir.
Qeyd edək ki, artıq həcmlərin böyük hissəsi iyulda hasilatı sutkada 500 min barel artıran Səudiyyə Ərəbistanının payına düşür. OPEC-in əvvəlki kvotaların bərpası ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq niyyətində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR