Bank Of Baku

Dow Jones indeksi 1,3%, Nasdaq 1,28%, S&P 500 isə 1,75% yüksəlib

Dow Jones indeksi 1,3%, Nasdaq 1,28%, S&P 500 isə 1,75% yüksəlib
# 17 sentyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 16-da Amerika bazarlarında Dow Jones indeksi 1,3% - 11059,02 bəndədək, Nasdaq 1,28% - 2207,9 bəndədək, S&P 500 isə 1,75% - 1213,6 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, hərraca ABŞ-ın Federal Ehtiyat Sisteminin müflisləşmə ilə üzləşən AIG sığorta şirkətinə 85 mlrd. dollar həcmində kreditin verilməsinə dair qərarı təsir edib. Nəticədə, «Travelers Cos.» və «Chubb Corp.» sığorta şirkətlərinin səhmləri müvafiq olaraq 11,8% və 13,5%, «Wells Fargo&Co.» bankının 12,7%, «Washington Mutual» ipoteka bankının 16% bahalaşıb. Bununla yanaşı, 2007-2008-ci maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini 71% azaldan «Goldman Sachs» bankının qiymətli kağızları 1,8% enib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 3,43% - 5025,6 bəndədək, Almaniya DAX-ı 1,63% - 5965,17 bəndədək, Fransa CAC-40-ı isə 1,96% - 4087,4 bəndədək düşüb. Fransa «Natixis» investisiya bankının səhmləri 16%, İsveçrənin UBS-in - 17%, Britaniya «Barclays»ın 2,5%, «BG Group» qaz şirkətinin 6,1%, «Total»ın 2,7% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4194 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR