Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib
# 17 sentyabr 2008 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103719S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 29 415 800 manat təşkil edib. Sifarişlər 99,10% (gəlirlik 11,68%) – 99,22 (gəlirlik 10,11%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,18% (gəlirlik 10,63%), orta ölçülmüş qiyməti isə 99,21% (gəlirlik 10,24%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 926 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 15-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR