Bank Of Baku

Dow Jones indeksi 4,06%, Nasdaq 4,94%, S&P 500 isə 4,71% düşüb

Dow Jones indeksi 4,06%, Nasdaq 4,94%, S&P 500 isə 4,71% düşüb
# 18 sentyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 17-də Amerika bazarlarında Dow Jones indeksi 4,06% - 10609,66 bəndədək, Nasdaq 4,94% - 2098,85 bəndədək, S&P 500 isə 4,71% - 1156,39 bəndədək düşüb.
«APA-Economics»in məlumatına görə, AIG sığorta şirkətinin səhmləri 45,1%, «Lehman Brothers»in 56,7%, «Goldman Sachs» və «Morgan Stanley»in müvafiq olaraq 18,9% və 24,2%, «General Electric»in 6,7%, «U.S. Steel Corp.»un 10,8% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,25% - 4912,40 bəndədək, Almaniya DAX-ı 1,75% - 5860,98 bəndədək, Fransa CAC-40-ı isə 2,14% - 4000,11 bəndədək enib. Hərracın gedişində «British Airways»in səhmləri 6%, «Deutsche Lufthansa AG»nin 3,1%, HBOS bankının 19,18%, «Royal Bank of Scotland»ın 10,4%, «Deutsche Bank AG»nin 5,7% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4387 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR