Bank Of Baku

Dünya bazarında neftin bahalaşması davam edir

Dünya bazarında neftin bahalaşması davam edir
# 19 sentyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 72 sent artaraq 1 barelə görə 97,88 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 35 sent – 95,19 dollaradək bahalaşıb.
Bu gün səhər isə WTI neftinin qiyməti daha 10 sent – 97,98 dollaradək yüksəlib, Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri isə 0,04 sent – 95,19 dollaradək enib.
Qeyd edək ki, hərraca ABŞ-da enerji daşıyıcıları həcminin azalması barədə məlumatlar təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR