Bank Of Baku

Ötən həftə Dow Jones indeksi 0,3% düşüb, Nasdaq 0,6%, S&P 500 isə 0,3% yüksəlib

Ötən həftə Dow Jones indeksi 0,3% düşüb, Nasdaq 0,6%, S&P 500 isə 0,3% yüksəlib
# 22 sentyabr 2008 07:31 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 19-da Amerika bazarlarında Dow Jones indeksi 3,4% - 11388,44 bəndədək, Nasdaq 3,4% - 2273,90 bəndədək, S&P 500 isə 4,0% - 1255,08 bəndədək yüksəlib. Hərraca ABŞ-ın Maliyyə Nazirliyi və Federal Ehtiyat Sisteminin maliyyə bazarlarında likvidliyin artırılması üçün yeni tədbirlər görəcəkləri barədə məlumatlar təsir göstərib.
«APA-Economics»in məlumatına görə, ümumiyyətlə ötən həftə Dow Jones indeksi 0,3% düşüb, Nasdaq 0,6%, S&P 500 isə 0,3% yüksəlib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 8,84% - 5311,30 bəndədək, Almaniya DAX-ı 5,56% - 6189,53 bəndədək, Fransa CAC-40-ı isə 9,27% - 4324,87 bəndədək yüksəlib. Nəticədə, İsveçrənin UBS bankının səhmləri 31,66%, Britaniya «Barclays»ının 29,24%, HBOS-ın 28,91%, «Royal Bank of Scotland»ın 39,5%, Almaniya «Deutsche Bank»ının 14,4%, Britaniya «Aviva Plc.» sığorta şirkətinin 18,26%, «Prudential Plc.»nin 23,46%, «Fiat SpA.» avtomobil konserninin 8,5% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4205 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR