Bank Of Baku

Dow Jones indeksi 3,3%, Nasdaq 4,2%, S&P 500 isə 3,8% düşüb

Dow Jones indeksi 3,3%, Nasdaq 4,2%, S&P 500 isə 3,8% düşüb
# 23 sentyabr 2008 09:12 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 22-də Amerika bazarlarında Dow Jones indeksi 3,3% - 11015,69 bəndədək, Nasdaq 4,2% - 2178,98 bəndədək, S&P 500 isə 3,8% - 1207,09 bəndədək düşüb.
«APA-Economics»in məlumatına görə, hərraca ABŞ dollarının ucuzlaşması və sərmayəçilərin Amerika hökumətinin iqtisadiyyatın möhkəmlənməsinə yönəldilmiş planının milli valyuta məzənnəsinin daha da düşməsinə gətirib çıxaracağına dair proqnozları təsir edib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,41% - 5236,26 bəndədək, Almaniya DAX-ı 1,32% - 6107,75 bəndədək, Fransa CAC-40-ı isə 2,34% - 4223,51 bəndədək enib. Nəticədə, «Ryanair Holdings» aviaşirkətinin qiymətli kağızları 6,3%, «Holcim» sement istehsalçısının isə 18% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4829 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR