Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 875 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 875 min dollarlıq əqd bağlanıb
# 23 sentyabr 2008 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8071 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8106 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 625 890 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararsı əqdlərin həcmi 80 710 AZN, manatın orta məzənnəsi dollara nisbətən 0,8071 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 875 min dollar və ya 706 600 AZN təşkil edib. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,81%, ABŞ dolları üzrə isə illik 16,81% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. dollar, müddəti 90 gün, faiz dərəcəsi isə illik 17,00% olan 1 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR