Bank Of Baku

Dünya bazarında neftin qiyməti 107 dollara enib

Dünya bazarında neftin qiyməti 107 dollara enib
# 24 sentyabr 2008 08:37 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,76 dollar düşərək 1 barelə görə 106,61 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,96 dollar – 103,08 dollaradək ucuzlaşıb.
Bu gün səhər isə WTI neftinin qiyməti 51 sent – 107,10 dollaradək, Brent markalı neftin dəyəri 52 sent – 103,60 dollaradək bahalaşıb.
Qeyd edək ki, son 5 gün ərzində neft qiymətinin artım tempi maksimum səviyyəyə - 17,5%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR