Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib
# 24 sentyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103819S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 9 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 33 222 200 manat təşkil edib. Sifarişlər 99,12% (gəlirlik 11,41%) – 99,28% (gəlirlik 9,32%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,19% (gəlirlik 10,50%), orta ölçülmüş qiyməti isə 99,27% (gəlirlik 9,45%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 564 200 manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR