Merkel: “Türkiyə və Ermənistan arasında dialoqa töhfə verməyə hazırıq"

Merkel: “Türkiyə və Ermənistan arasında dialoqa töhfə verməyə hazırıq"
# 02 iyun 2016 14:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyə NATO-nun üzvü, Ermənistan isə tərəfdaş ölkədir".

APA-nın xəbərinə görə, bunu NATO baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə keçirilən birgə mətbuat konfransında bildirib.

Y. Stoltenberq qeyd edib ki, bu gün Bundestaqda baş tutan səsverməyə NATO heç bir şəkildə cəlb olunmayıb.

“Ümid edirəm ki, Türkiyə-Ermənistan münasibətləri ən qısa müddətdə normallaşacaq. Düşünürəm ki, gərginliyin azaldılması üçün cəhdlər göstərilməlidir. Millətlər arasında istənilən münaqişələrin qarşısının alınması çox vacibdir”, - deyə baş katib bildirib.

Almaniya kansleri Angela Merkel isə Türkiyə ilə ortaq maraqlarının olduğunu və münasibətlərinin geniş spektri əhatə etdiyini diqqətə çatdırıb.

"Mən və Almaniya hökuməti Türkiyə və Ermənistan arasında dialoqun yaradılması üçün töhfə verməyə hazırıq", - deyə Almaniya kansleri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR