Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan prezidentinə məktub göndəriblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan prezidentinə məktub göndəriblər
# 04 aprel 2016 16:51 (UTC +04:00)

Bakı – APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini ilə Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya Azərbaycan prezidenti İlham Əliyevə məktub göndəriblər.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Biz Dağlıq Qarabağda uşaqlar da olmaqla, insan tələfatı ilə nəticələnən, gözlənilməz gərginliyə gətirib çıxaran qarşıdurma xəbərini dərin kədər hissi ilə qarşıladıq. Yaranmış bu vəziyyətlə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı və dərin narahatlığımızı bildiririk. Biz inanırıq ki, Siz atəşkəsə nail olmaq məqsədilə bütün diplomatik vasitələrdən və bu vəziyyətdən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uzunmüddətli həllində son mərhələyə gətirib çıxara biləcək danışıqlara nail olmaq üçün istifadə edəcəksiniz.

Əgər lazım gələrsə, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün, xüsusilə də bu vəziyyətdə dialoqun bütün mərhələlərinə ehtiyac duyulduğu anda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri özlərinin birgə təcrübə formalarını təqdim etməyə hazırdır. Biz Sizi bu səylərinizdə dəstəkləməyə hazırıq. Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramımızı qəbul edəsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR