Tovuzda avtomobil piyadanı vurub

Tovuzda avtomobil piyadanı vurub
# 26 noyabr 2015 21:31 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda yolu keçmək istəyən piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Ceyhun Həmzəyev yolu keçmək istəyərkən “QAZ-31” markalı avtomobil tərəfindən vurulub.

Yarlı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sol baldırın yuxarı hissəsinin sınığı diaqnozu qoyulan C. Həmzəyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR