Ceyms Appaturay: “Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir”

Ceyms Appaturay: “Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir”
# 17 dekabr 2015 11:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi ancaq münaqişənin siyasi tənzimlənməsindən sonra mümkündür”.

APA-nın xəbərinə görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib. Onun fikrincə, Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir: "Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün çalışmalıyıq. Mən Minsk qrupunun fəaliyyətinin yenilənməsini dəstəkləyirəm. 2016-cı ilin sonunda Ermənistan və Azərbaycan arasında daha effektiv dialoqun şahidi olacaqsınız”.

C. Appaturay qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik NATO-nun region ölkələri ilə əməkdaşlığına təsir etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR