İran irimiqyaslı hərbi-dəniz təlimləri keçirəcək

İran irimiqyaslı hərbi-dəniz təlimləri keçirəcək
# 26 yanvar 2016 18:57 (UTC +04:00)

Bakı-APA. İranın Hərbi-Dəniz Qüvvələri yanvarın 27-də ölkənin Hörmüz körfəzi, Oman dənizi və Hind okeanındakı ərazi sularında “Vilayət-94” hərbi təlimlərinə start verəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı Həbibulla Səyari bildirib.

“İrimiqyaslı hərbi-dəniz təlimləri 3 mln kv. kilometr ərazini əhatə edəcək akvatoriyada dörd mərhələdə keçiriləcək”, deyə Səyari qeyd edib.

Onun sözlərinə görə, təlimlərin məqsədi İranın dəniz təhlükəsizliyinin və sərhədlərin təhlükəsizliyinin təmin edilməsində imkanlarının dünyaya nümayiş etdirməkdir.

Təlimlər zamanı taktiki manevrlər, raket atışı və hərbi gəmilərin paradının keçirilməsi nəzərdə tutulub.

Təlimlərin müddəti və gəmilərin sayı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR