İstanbulda terrorçular polis bölməsinə hücum ediblər, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

İstanbulda terrorçular polis bölməsinə hücum ediblər, ölən və yaralananlar var - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 10 avqust 2015 09:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, öldürülən polis əməkdaşı İstanbul Əmniyyət Müdirliyinin (Polis İdarəsi) istehkam şöbəsinin rəisi Bəyazid Çəkəndir. Polis bölməsinə hücum edən terrorçuların yaxalanması istiqamətində keçirilən əməliyyatla onlardan 2 nəfər öldürülüb.

Ərazidə silah səsləri eşidilir.

***

10:22

Bakı-APA. İstanbulda polis bölməsinə silahlı hücum olub.

APA-nın xəbərinə görə, bu gecə yerli vaxtla saat 01.00 radələrində partlayıcı qurğu quraşdırılmış avtomobil Sultanbəyli rayonunda polis bölməsinin binasında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşları hücumçulara cavab atəşi açıblar.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, hazırda atışma davam edir. Avtomobili partladan terrorçunun hadisə yerində öldüyü bildirilir.

Polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, terror hadisəsini PKK törədib.

İstanbul Əmniyyət Müdirliyinin yaydığı xəbərdə bildirilir ki, yaralananlardan biri rəis müavini, ikisi polis əməkdaşı, yeddisi mülki şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR