Hondurasda baş verən ağır yol qəzasında 17 nəfər ölüb, 35-i xəsarət alıb

Hondurasda baş verən ağır yol qəzasında 17 nəfər ölüb, 35-i xəsarət alıb
# 05 fevral 2017 21:44 (UTC +04:00)

Hondurasda ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub bölgəsində qeydə alınıb.

Sərnişin avtobusun yük maşını ilə toqquşması nəticəsində 17 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Qəza zamanı avtobusda 60 nəfər olub. Yük avtomobilinin sürücüsü həbs edilib. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR