Rusiya müdafiə naziri: “MH17 sərnişin təyyarəsi ilə bağlı faciənin məsuliyyəti Ukraynanın üzərinə düşür”

Rusiya müdafiə naziri: “MH17 sərnişin təyyarəsi ilə bağlı faciənin məsuliyyəti Ukraynanın üzərinə düşür”
# 10 sentyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Malayziya sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciəyə görə Ukrayna tərəfi məsuliyyət daşıyır.

APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu malaziyalı həmkarı ilə görüşü zamanı deyib.

“Hadisə Ukrayana hava məkanında baş verib və bu faciənin məsuliyyəti Ukraynanın üzərinə düşür”, - deyə o vurğulayıb.

Xatırladaq ki, şərqi Ukraynada MH17 sərnişin təyyarəsinin vurulması nəticəsində 298 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR