«Ordu xalqın, xalq ordunun dayağıdır» adlı tədbir keçirilib

«Ordu xalqın, xalq ordunun dayağıdır» adlı tədbir keçirilib
# 09 dekabr 2014 14:31 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə «Ordu xalqın, xalq ordunun dayağıdır» adlı hərbi vətənpərvərlik gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, Silahlı Qüvvələrin zabitləri, hərbi təhsil müəssisələrinin kursantları iştirak ediblər.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Hərbi-Psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani qeyd edib ki, Azərbaycan xalqı ordusuna güvənir: «Tarix sübut edib ki, öz ordusunu yedirə bilməyən xalq başqalarının ordularını yedirtməyə məhkumdur. Bu gün Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir».

Tədbirdə qeyd olunub ki, Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin qurucusudur. Onun yaratdığı hərbi təhsil müəssisələri bu gün Azərbaycan Ordusunun milli kadrlarla təmin olunmasında rol oynayırlar.

Daha sonra Heydər Əliyevin Azərbaycanda ordu quruculuğunda xidmətlərini əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR