YAP Gənclər Birliyi “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə forum keçirilib - FOTO

YAP Gənclər Birliyi “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə forum keçirilib - <span style="color: red;">FOTO
# 20 sentyabr 2014 15:05 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti “Gənc İqtisadçılar Forumu” keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu müqavilənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

O bildirib ki, Azərbaycanın güclü iqtisadiyyatının təməli məhz bu layihə ilə qoyulub: “Həmin vaxt ölkədə vətəndaş müharibəsi hökm sürürdü və atəşkəsin əldə edilməsindən cəmi bir neçə ay keçmişdi. Belə bir zamanda bir sıra güclü iqtisadiyyata malik dövlətlər əsrin müqaviləsinə qoşuldular. Bu müqavilənin imzalanmasından sonra ölkə iqtisadiyyatı stabilləşdi, bir sıra islahatlar aparıldı”.

S.Orucov əlavə edib ki, Azərbaycanın çox güclü neft infrastrukturu var: “Artıq Azərbaycanın dünya bazarında SOCAR kimi neft brendi tanınır. Azərbaycan nefti dünyada aparıcı sektorlardan birinə çevrilib. Bununla yanaşı qeyri-neft sektorunda da mühüm addımlar atılıb. Bunun nəticəsində neft kapitalını insan kapitalına çevirmək mümkün olub”.

Sonra gənc iqtisadçılar çıxış edərək, “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində önəmindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR