İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər

İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər
# 01 avqust 2014 17:44 (UTC +04:00)

M.Məmmədquliyev qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında viza rejimi və readmissiya haqqında danışıqlar artıq başa çatıb: "Ümidvarıq ki, yaxın gələcəkdə bu sənədlər imzalanacaq və ratifikasiya olunacaq. Bu proses başa çatdıqdan sonra, diplomatik və xidməti pasport sahibləri vizasız gedib-gələcək".

Onun sözlərinə görə, adi vətəndaşlar üçün isə viza sənədlərinin sayı və viza rüsumunun məbləği azaldılacaq.

"Gələcəkdə isə ümumiyyətlə vizaların aradan qaldırılması məsələsinə də gələ bilərik", - deyə nazir müavini qeyd edib.

M.Məmmədquliyev əlavə edib ki, hazırda 240 azərbaycanlı tələbə İsveçrə universitetlərində təhsil alır ki, bunların da 70-i dövlət proqramı çərçivəsində göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR