Bakıda iki Tibbi-Sosial Ekspert Komissiyasının binası təmirdən sonra istifadəyə verilib - FOTO

Bakıda iki Tibbi-Sosial Ekspert Komissiyasının binası təmirdən sonra istifadəyə verilib - <span style="color: red;">FOTO
# 09 sentyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakının Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları üzrə 9 saylı Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əsaslı təmir edilmiş və lazımi avadanlıqlarla təchiz edilmiş binaları əhalinin istifadəsinə verilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov qurumun bütün struktur bölmələrində normal əmək fəaliyyətinə və vətəndaşlara nümunəvi xidmət göstərməyə imkan verən iş şəraitinin yaradılmasının diqqətdə saxlandığını bildirib.

O, qeyd edib ki, mövcud iş şəraiti işləmək və əhaliyə xidmət baxımından tələb olunan səviyyədə olmayan yerli qurumların inzibati binalarının əsaslı təmirinə başlanılıb. Bir qədər əvvəl nazirliyin Bakının Binəqədi rayonu və Gəncə şəhəri üzrə TSEK-ləri də müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilib.

Bununla yanaşı, hazırda əhaliyə tibbi-sosial ekspertiza xidmətinin yeni texnologiyalar əsasında təkmilləşdirilməsi, əlillik təyinatı mexanizminin avtomatlaşdırılması istiqamətində sınaq işləri aparılır. Bununla əlaqədar hazırlanmış yeni proqram təminatı əlilliyin müəyyən olunması ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron formada məlumat mübadiləsinə imkan verir. Bu, tibbi-sosial ekspertiza xidmətində məmur-vətəndaş əlaqəsinin minimuma enməsinə şərait yaradacaq. Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu yeni sistemdə işləmək bacarıqlarına yiyələnmələri üçün bütün bölgələrdə artıq treninqlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR