Mərakeşdə şiddətli yağışlar 32 nəfərin ölümünə səbəb olub

Mərakeşdə şiddətli yağışlar 32 nəfərin ölümünə səbəb olub
# 25 noyabr 2014 01:49 (UTC +04:00)

Bakı-APA. Mərakeşin cənub əyalətlərində noyabrın 22-dən başlayan şiddətli yağış və daşqınlar nəticəsində 32 nəfər ölüb, 6 nəfər itkin düşüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən çox ziyan çəkən ölkənin Quelmim əyaləti olub, burada 24 nəfər təbii fəlakətin qurbanı olub.

Hazırda itkin düşənlərin tapılması üçün xilasedicilər tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR