Bakıda 45 yaşlı kişi 27 yaşlı oğlanı qətlə yetirib

 Bakıda 45 yaşlı kişi 27 yaşlı oğlanı qətlə yetirib
# 11 avqust 2014 07:15 (UTC +04:00)

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Eliş Abdullayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Elməddin Əliyevi ürək nahiyəsindən vurduğu bir bıçaq zərbəsi ilə qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil.

E. Abdullayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR