Avropa Birliyinin prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi vətəndaş cəmiyyətin tam iştirakı təmin olunmadan iflasa uğraya bilər”

Avropa Birliyinin prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi vətəndaş cəmiyyətin tam iştirakı təmin olunmadan iflasa uğraya bilər”
# 04 iyul 2012 10:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İrəvanda səfərdə olan Avropa Birliyinin prezidenti Herman van Rompey bəyan edib.

“Vətəndaş cəmiyyəti münaqişələrin nizamlanmasında mühüm rol oynayır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, tez-tez belə bir dəyərləndirmə eşidirəm ki, münaqişənin nizamlanmasına dair ictimay rəy və gözləntilər siyasi liderlərin danışıqlar masası arxasındakı fəaliyyətindən fərqlənir”. “Ermənistan Avropada” forumunda çıxış edən Herman van Rompey bu ölkənin potensialının reallaşdırılması və Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından və bunun mümkün nəticələrindən asılıdır.

“Vətəndaş cəmiyyəti münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək verməkdə üzərinə mühüm rol düşdüyünü anlamalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR