Misirdə 24 polis əməkdaşı öldürülüb

Misirdə 24 polis əməkdaşı öldürülüb
# 19 avqust 2013 10:43 (UTC +04:00)

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 19-da səhər baş verib. Fələstinin Qəzza sektoru ilə həmsərhəd olan Rəfah şəhərinin yaxınlığında yerləşən kəndin ərazisindən keçən avtobuslar tank əleyhinə qumbaraatanlardan atəşə tutulub. BBC xəbər verir ki, əvvəlcə avtobusların qarşısı kəsilib və avtobusdan çıxan polislər atəşə tutulub.

Qeyd edək ki, Misir ordusu və polisi Sinay yarımadasının silahlı qruplardan təmizlənməsi üçün əməliyyat keçirir. Həmin ərazidə 500-1000 silahlının olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR