Prezident İlham Əliyev Azərbaycan-İran hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən yeni tərkibini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan-İran hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən yeni tərkibini təsdiqləyib
# 15 aprel 2014 12:00 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, komissiyanın həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təyin olunub.

Komissiyanın üzvləri isə aşağıdakı şəxslər təyin edilib:

Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini


Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin

müavini

Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Arif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Azərbaycan Xarici İşlər Nazirliyinə isə müvafiq dəyişiklik barədə İran tərəfinə bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR