Barak Obama Misirlə birgə hərbi təlimləri ləğv edib

Barak Obama Misirlə birgə hərbi təlimləri ləğv edib
# 15 avqust 2013 19:38 (UTC +04:00)

Bakı-APA. ABŞ Misirlə nəzərdə tutulan birgə hərbi təlimləri ləğv edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama bəyan edib ki, buna səbəb Misir hakimiyyətinin Qahirədə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına qarşı yol verdiyi zorakılıq tədbirləri olub.

Obama Misirdə zorakılığın artmasını pisləyib və hakimiyyəti ölkə vətəndaşlarının hüquqlarını qorumağa çağırıb.

“ABŞ Misirin müvəqqəti hökumətinin və təhlükəsizlik qüvvələrinin son addımlarını qəti pisləyir”, deyə o bəyan edib.

Qeyd edək ki, avqustun 14-də Misir hakimiyyəti Qahirədə Mursi tərəfdarlarının çadır düşərgələrini dağıdıb. Son məlumata görə, toqquşmalarda 500-dək insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR