Avropa Şurasının baş katibi bəzi QHT təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşüb

Avropa Şurasının baş katibi bəzi QHT təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşüb
# 20 may 2014 10:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycana səfərdə olan Avropa Şurasının baş katibi Tyorbörn Yaqland bəzi vətəndaş cəmiyyəti təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub: “Siyasi məhbus məsələsi də müzakirə mövzusu oldu”.

Görüşdə N. Cəfərli ilə yanaşı, hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Eldar Zeynalov, Leyla Yunus, Arzu Abdullayeva, Bəşir Süleymanlı, Emin Hüseynov və “EL” Hərəkatının sədri Eldar Namazov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR