Azərbaycanın Moldovadakı səfiri bu ölkənin milli “GALEX” mükafatına layiq görülüb

Azərbaycanın Moldovadakı səfiri bu ölkənin milli “GALEX” mükafatına layiq görülüb
# 23 aprel 2013 17:35 (UTC +04:00)

Bakı-APA. Bu gün Moldovanın paytaxtı Kişinyovda milli “GALEX-2013” mükafatına layiq görülən şəxslərin təltif etmə mərasimi keçirilib. Azərbaycanın Moldovadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Moldovanın kitabxanalarını dəstəkləyən ən mühüm siyasi xadim nominasiyasında milli “GALEX” mükafatına Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri professor Namiq Əliyev layiq görülüb.

Məlumata görə, mükafatlandırma mərasimində həmçinin Moldova Milli kitabxanasının fondunun Azərbaycan ədəbiyyatı ilə zənginləşdirilməsində, Azərbaycan və Moldova kitabxanaları arasında əlaqələrin və əməkdaşlığın inkişafında, Kişinyov şəhərində beynəlxalq kitab sərgilərinin təşkilində səfirin xidmətləri qeyd olunub.

Qeyd edək ki, milli münsiflər heyətinə Moldova Respublikasının Kitabxanaçılar Liqasının və Moldova Milli kitabxanasının nümayəndələri daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR