İranın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

İranın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
# 03 may 2013 10:34 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, səfir şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Səfir Möhsün Pak Ayin Gəncəyə ilk dəfə səfər etdiyini deyib: “Məqsədim dahi Nizami Gəncəvinin vətənini görmək, onun məqbərəsini ziyarət etməklə yanaşı, həm də bu şəhərlə İran arasında əməkdaşlığın sahələrini genişləndirməkdir”.

Gəncə ilə bağlı səfirə məlumat verən İcra Hakimiyyəti başçısı Gəncədə İran günlərinin keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Gəncənin İranın şəhərlərindən biri ilə qardaşlaşmasına da toxunulub. Qonaq bildirib ki, Gəncənin İranın Ərdəbil şəhəri ilə qardaşlaşmasını arzulayırlar. Buna cavab olaraq Elmar Vəliyev Gəncənin Təbrizlə qardaşlaşması təklifini irəli sürüb və bildirib ki, gəncəlilər Təbrizi daha çox sevir və bu şəhər daha doğmadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR