Tiflisdə Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü keçirilib

Tiflisdə Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü keçirilib
# 05 noyabr 2015 16:46 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR