Ağcabədi sakini ağacdan, Göyçay sakini 4-cü mərtəbədən yıxılaraq ölüb

Ağcabədi sakini ağacdan, Göyçay sakini 4-cü mərtəbədən yıxılaraq ölüb
# 05 avqust 2014 09:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonunun Xocavənd kəndində Hamar Məmmədova yaşadığı evin həyətindəki ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilən H. Məmmədova aldığı xəsarətdən orada ölüb.

Digər hadisə Bakının Nəsimi rayonunda qeydə alınıb. Göyçay rayon sakini Tərlan Nuriyev paytaxtın Nəsimi rayonu C. Məmmədquluzadə küçəsində inşa edilən 4 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR