Bakıda qaydaları pozan avtobus və taksi sürücüləri cəzalandırılıb

Bakıda qaydaları pozan avtobus və taksi sürücüləri cəzalandırılıb
# 26 fevral 2013 13:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Yol polisi Bakıda sərnişin avtobusları ilə bağlı reydləri davam etdirir. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Məlumata görə, yol polisinin paytaxt ərazisində ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizam qaydasının təkmilləşdirilməsi, həmçinin yol-nəqliyyat hadisələrinin minimuma endirmək məqsədi ilə metronun “Koroğlu” stansiyasının qarşısında keçirdiyi reyd zamanı müvafiq kateqoriyası olmadan nəqliyyat vasitəsini idarə edən 6, qanunla qadağan olunan yerdə nəqliyyat vasitəsini saxlayan 16 avtobus sürücüsü, sürücülük vəsiqəsi olmayan 4 nəfər, avtobus dayanacağını qanunsuz zəbt edən 31 taksi sürücü aşkar edilib. Bütün faktlar üzrə inzibati qaydada cəza tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR