Azərbaycanda yeni medallar təsis edilib

Azərbaycanda yeni medallar təsis edilib
# 02 noyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) iclasında “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar" orden və medalların təsis edilməsi haqqında qanuna dəyişiklik edilib. APA-nın məlumatına görə, layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı" təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR