Azərbaycana atasının yasına gələn Rusiya vətəndaşı uçqun altında qalaraq ölüb
01 iyun 2012 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə hadisə bu gün səhər saatlarında İsmayıllının Qubaxəlilli kəndində qeydə alınıb.
Rusiya vətəndaşı olan və uzun illər Nijni Vartovsk şəhərində yaşayan, 1959-cu il təvəllüdlü Hüseynov Vidadi Abduləli oğlu bu günlərdə vəfat edən atasının yas mərasimində iştirak etmək üçün doğulduğu kəndə gəlib. Onun yas mərasimindən sonra atasının köhnə evini sökərək, yerində təzəsini tikmək istəyi isə faciə ilə nəticələnib. V. Hüseynov evin divarını sökərkən ehtiyatsızlıq edib və divar onun üzərinə aşıb. V. Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisə
Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq - FOTO - VİDEO - YENİLƏNİB-1
17:40
20 may 2024
Cəlilabadda mikroavtobus 8 yaşlı məktəblini vurub
15:39
20 may 2024
Azərbaycanda FETÖ-yə görə həbs edilən maliyyə işlərinə cavabdeh şəxsə cəza istənilib
15:06
20 may 2024
Biləsuvarda 35 yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində ölüb
15:03
20 may 2024